...

Bakı və Sumqayıtın poçt bölmələri "AzDatacom" magistral şəbəkəsinə qoşulacaq

Telekommunikasiya Materials 12 Oktyabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Babayeva/ "Azərpoçt" Dövlət Müəssisəsinin poçt şöbələri və filialları "AzDatacom" magistral milli informasiya ötürmə şəbəkəsinə qoşulmağa hazırlaşır. Bu barədə "Azərpoçt"un baş direktoru Qənbər Bəybalayev məlumat verib.

"AzDatacom" magistral şəbəkəsinin keçirtmə gücü 10 Gb/s olan Bakı dairəsi artıq istifadəyə verilib.

"AzDatacom"un yaradılması ilə bağlı görülən tədbirlər iki mərhələdə həyata keçirilir: birinci mərhələ Bakını, ikinci mərhələ isə Azərbaycanın regionları və şəhərlərini əhatə edir.

İlk növbədə regionlarda şəbəkə optik-lif rabitə xətlərinin mövcud olduğu yerlərdə quraşdırılır.

Şəbəkəyə həmçinin tədris müəssisələri, dövlət təşkilatları da qoşulacaq. İnternet-provayderlər bizneslərini regionlarda da inkişaf etdirə biləcəklər.

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilən "Milli Elektron İdarəetmə Təşəbbüsü" texniki yardım proqramı və BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilir və Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") çərçivəsində görülən tədbirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti