...

Azərbaycanın Rabitə Nazirliyi investisya və gəlirlər üzrə göstəriciləri açıqlayıb

Telekommunikasiya Materials 17 Oktyabr 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Yanvar-sentyabr aylarının göstəricilərinə əsasən, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tarif gəlirləri 131 mln. 047,9 min manat təşkil edib. Bu barədə çərşənbə günü Nazirlikdən məlumat verilib. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə bu 1,1 faiz çoxdur. Həmçinin, əhalidən gələn gəlirlər də 11,3 faiz artmaqla, 51 mln. 238,3 min manat təşkil edib.

Bu dövr ərzində Rabitə Nazirliyi IT sahəsinə 22 mln. 630,9 min manat investisiya qoyub ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 594,7 min manat azdır. Bu il dövlət rabitə müəssisələrinə 29 mln. manat investisiya qoyulması planlaşdırılır.Ötən il dövlət rabitə müəssisələrinə qoyulan investisiyalar təqribən 42 mln. manat, ümumilikdə rabitə sahəsinə qoyuılan investisyalar isə, 211,6 mln. manata çatıb (Azərbaycan iqtisadiyyatına yönəldilmiş ümumi investisiyaların 3,5 faizi).

Xəbər lenti

Xəbər lenti