...

Azerfon smartfona sahib olan abonentlərinə yeni xidmət təklif edir

Telekommunikasiya Materials 18 Oktyabr 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azerfon İB (Nar Mobile ticarət nişanlı) smartfona sahib olan abonentlərinə yeni xidmət təklif edir. Bu barədə Şirkətin mətbuat xidməti məlumat verib.

Oyunu yükləmək üçün abonentlər müvafiq kodu 3010 nömrəsinə SMS sorğu göndərməlidirlər. Cavab mesajında WAP link göndərilir və onun köməyi ilə abonent seçdiyi oyunu yükləyə bilər. Bu yeni xidmətdən WAP texnologiyasını və SIS faylları dəstəkləyən, 40 Series-dən başlayan Symbian əməliyyat sistemli smartfon sahibləri olan abonentlər faydalanacaqlar. Abonentin smartfonu GPRS və ya EDGE xidmətinə qoşulmalı və bu funksiya smartfonda aktivləşdirilmiş olmalıdır. Operatorun cavab mesajı alındığı vaxtdan sonra 3 saat ərzində etibarlıdır. 3010 nömrəsinə bir SMS sorğunun qiyməti 1.7 manatdır.

Azerfon İB ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycanın Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrda lisenziya alıb. Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixindən başlayıb. Şirkətin 100 mindən çox abonenti var.

Xəbər lenti

Xəbər lenti