...

Azercell abonentlərini oktyabrın 18-19-da xidmətlərdəki mükün qüsurlar barədə xəbərdar edir

Telekommunikasiya Materials 18 Oktyabr 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərini oktyabrın 18-19-da gecə saat 23.00- dan başlayaraq və gündüz saatlarında bəzi xidmətlərin göstərilməsində qüsurların olması ehtimalı ilə xəbərdar edir. Şirkətdən cümə axşamı verilən məlumata görə bu, operator şəbəkəsində müasirləşdirmə işlərinin aparılması ilə əlaqədardır.

Şirkət rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə mütəmadi olaraq bu cür işləri həyata keçirir.

Bu günə kimi dünyanın 300-dən çox operatoru ilə rouminq müqaviləsi imzalayan şirkətin təqribən 2,8 mln. nəfər abonenti var və Azərbaycan ərazisinin 73 faizini rabitə xidməti ilə əhatə edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti