...

Azərbaycanın Rabitə Nazirliyi İran və Türkiyə ilə yeni elektron poçt köçürmələri sistemi tətbiq etməyi planlaşdırır

Telekommunikasiya Materials 18 Oktyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan İran və Türkiyə ilə Secured Transfer of Electronic Financial Information (STEFI) beynəlxalq elektron poçt mübadiləsi sisteminin tətbiqi barədə razılığa gəlib. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt bölməsinin rəhbəri Novruz Məmmədov bildirib.

"Tərəflər bu məsələnin həlli üçün müvafiq işlər görülməsi barədə öhdəlik götürüblər. Lakin, hələ ki konkret müddət söyləmək tezdir",-deyə Məmmədov söyləyib.

Azərbaycan MTF/STEFI elektron pul köçürmələri sistemini Rusiya, Moldova, Belarus, Ukrauyna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə həyata keçirir.

Yaxın perspektivdəki planlara STEFI sistemi üzrə tərəfdaş ölkələrin sayının artırılması daxildir. Bu ölkələrin sırasına, ilk növbədə, Latviya, Estoniya, Mərkəzi Asiya ölkələri və Fransa daxildir.

Xəbər lenti

Xəbər lenti