...

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri "İnfoKom-2007"də çıxış edəcək

Telekommunikasiya Materials 23 Oktyabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, / TrendCapita l , müxbir S.Babayeva/ Nazir Əli Abbasovun rəhbərliyi ilə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti oktyabrın 24-25-də Moskvada keçiriləcək "Rusiyanın infokommunikasiyası-XXI" ("İnfoKom-2007") beynəlxalq sərgi-forumunda iştirak edəcək.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, forumda Abbasov "Qloballaşma prosesində rəqəmsal partlama" məruzəsi ilə çıxış edəcək.

"İnfoKom" sərgi-forumu Rusiyanın Rabitə və İnformasiya Nazirliyinin (İTN) dəstəyi ilə keçirilir və Rusiyanın informasiya və texnologiyalar sahəsində ölkənin elmi-texniki və intellektual imkanlarını, İKT bazarında ən yeni nailiyyətlərini nümayiş etdirmək imkanına malik ən böyük hadisədir.

Rusiyanın İTN-nin verdiyi məlumata görə, bu il "İnfoKom-2007" sərgi-forumu üçün "Texnologiyalar hamı üçün" birgə mövzusu və informasiya texnologiyaları xidmətlərinin həm peşəkarlar , sıravi istifadəçiləri də daxil olmaqla, maraqlı şəxslərin geniş dairəsinə istiqamətləndirilmiş xüsusi ekspozisiya formalaşdırılıb. Ekspozisiya dövlət idarələri, sosial-iqtisadi, mədəniyyət və gündəlik həyatın digər sahələrində yerli informasiya texnologiyaları və rabitə vasitələrindən istifadə imkanlarını nümayiş etdirir.

"İnfoKom" sərgi-forumu çərçivəsində hər il informasiya texnologiyaları və rabitə sahəsində fəaliyyətin bütün aspektlərinə toxunan aktual məsələlər üzrə tematik forum keçirilir. Bu il sərginin işgüzar proqramının əsas məsələsi yerli yüksək texnoloji istehsalın inkişaf perspektivləri, dünyanın İKT bazarında Rusiyanın rəqabət qabiliyyəti, həmçinin, səhiyyə, təhsil, mənzil-istismar təsərrüfatı kimi əhəmiyyətli sahələrdə İKT praktikasının tətbiq edilməsi olacaq.

Sərginin gənclər proqramı çərçivəsində, "Rəqəmsal marşrut" interaktiv proqramı, məktəblilər və tələbələr arasında açıq turnir, müxtəlif müsabiqə və viktorinaları əks etdirən "Rəqəmsal dünya 2007" Festivalı təşkil olunacaq,

Sərgi çərçivəsində, "Kommunikasiya dünyasında informasiya texnologiyaları" Ümumrusiya tələbələri elmi-texniki konfransı və "İnformasiya texnologiyaları-gələcəyə addım" mövzusunda "Dəyirmi masa"nın keçirilməsi planlaşdırılır.

Bu il sərgidə ilk dəfə olaraq informasiya texnologiyaları və rabitə sahəsində perspektivli iş marağında olanlar üçün (Gənc peşəkarlar və mütəxəssislərə) imkanlar təqdim edən xüsusiləşdirilmiş "Vakansiya yarmarkası" fəaliyyət göstərəcək.

Sərgi oktyabrın 27-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti