...

Deputat: "Bizim məqsədimiz İT sektorunun Azərbaycan ÜDM-ində payını 20-25%-ə qədər artırmaqdır

Telekommunikasiya Materials 26 Oktyabr 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan parlamentinin İqtisadi Siyasət Komissiyasının sədri Ziyad Səmədzadə Caspian "IT and Communication Club" telekommunikasiya klubunun iclasında bildirib ki, bu gün Azərbaycanın qarşıya qoyduğu məqsədlərindən biri informasiya texnologiyaları sektorunun payının ÜDM-in skturturunda 20-25%-ə qədər artırmaqdır.

Onun sözlərinə görə, İT-nin ÜDM-in strukturunda xüsusi çəkisi elə də böyük deyil. Lakin bu göstəricinin artımı yeni qanun layihələri, eləcə də yeni Gömrük Məcəlləsinin qəbul olunması sayəsində baş verə bilər.

"İT neft sektorundan sonra inikişaf edəcək ikinci prioritet sahə elan olunduğundan bu sahədə çalışan iş adamları dövlətlə fəal şəkildə əməkdaşlıq etməlidirlər" - deyə komissiyanın sədri vurğulayıb. Bununla əlaqədar olaraq Ziyadzadə həmçinin hesab edir ki, Azərbaycanın Vergi Məcəlləsinə düzəlişlərin edilməsi də az əhəmiyyət kəsb etmir.

"IT and Communication Club" telekommunikasiya klubunun həmsərdi Elçin Əliyevin sözlərinə görə, Azərbaycanın İT sektorunun inkişafında böyük problemlər mövcuddur ki, bu şirkətin məhsullarının ixracı ilə əlaqədardır. "Xüsusilə kompüterlərin istehsalı ilə məşğul olan şirkətilərin ixrac potensialının inkişafı üçün şərait yaratmaq lazımdır ki, bu şirktələr digər ölkələrdən olan müəssisələrlə rəqabət apara bilsinlər" - deyə Əliyev bildirib.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin iqtisadi islahatlar elmi-tədqiqat institutunun direktoru Namiq Tağıyev qeyd edib ki, Azərbaycanda həm element bazası, həm də proqram təminatı zəif inkişaf edir. Ən böyük probem bu sahədə kadrların zəif inkişafıjdır.

Klubun vitse-prezidenti Tahir Mirkişilinin sözlərinə görə, vergi rüsumları dərəcələrinin Azərbaycanın İT sektorunun inkişafı üçün daha fəal şəkildə istifadə olunmasına ehtiyac yaranıb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin məlumatına əsasən 2007-ci ilin yanvar-sentyabr ayları ərzində İT-nin ÜDM-in strukturunda payı 1,7% təşkil edib.

"IT and Communication Club" "Xəzər İnteqrasiya İşgüzar Klubu"-nun (Caspian Integration Business Club - CIBC) bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti