...

Azərbaycanın Milli Televiziya və Radio Şurası: "İnternet şəbəkəsində nəzarətin olmaması ifratçılığa gətirib çıxara bilər"

Telekommunikasiya Materials 31 Oktyabr 2007 20:05 (UTC +04:00)
Azərbaycanın Milli Televiziya və Radio  Şurası: "İnternet şəbəkəsində nəzarətin olmaması ifratçılığa gətirib çıxara bilər"

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Milli Televiziya və Radio Şurası Azərbaycan KİV-nin video və audio materiallarının İnternet şəbəkəsinə translyasiyasına lisenziyanın tətbiq olunmasının mümkünlüyünü istisna etmir. Şuranın rəhbəri Nuşirəvan Məhərrəmli çərşənbə günü mətbuat konfransında bildirib ki, bir sıra Azərbaycan KİV-nin, xüsusilə, informasiya agentliklərinin audiovizual məhsulları internetə transluasiya etməsi məsələsi açıq olaraq qalır."Əgər kabel televiziyasının yayımlanmasına lisenziya verilirsə, nə üçün bu təcrübə İnternetdə yayımlanan radio və video məhsullara münasibətdə tətbiq olunmasın?" - deyə Məhərrəmli sual edib. Məhərrəmlinin sözlərinə görə, bu məsələnin Avropa Şurasının nümayəndələri ilə müzakirəsi zamanı "aydın oldu ki, İnternetə nəzarət olunmamalıdır- bu, cəmiyyəti məlumatlandırmaq üçün azad bir vasitədir". Görüşdə iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, İnternet şəbəkəsinə nəzarət etmək qeyri-mümkündür, "lakin lazım gələrcə, bu mümkün ola bilər". Bir sıra KİV-in rəhbərləri, bu sahə ilə bağlı olan şirkətlər və QHT-lər ümümi bir fikrə gələ bilməyiblər. Bir sıra KİV və QHT nümayəndələri bildiriblər ki, İnternet üzərində nəzarət neqativ halların qarşısını almaq üçün vacibdir. Digərləri bu sahədə dünya təcrübəsini öyrənməyi təklif ediblər.

Milli Televiziya və Radio Şurasının rəhbəri bildirib ki, İnternetin tənzimlənməsi sahəsində dünya təcrübəsi öyrəniləcək.

"Əgər dünyada belə bir təcrübə mövcuddursa, biz onu tətbiq edəcəyik. Biz İnternet üzərində nəzarət həyata keçirmək istəmirik, lakin nəzarətin olmaması ifratçılığa gətirib çıxara bilər. Heç kimin xətinə dəyməyən qısa İnternet xəbərləri sabah tok-şou, və ya sənədli filmə çevrilə bilər. Belə olan halda, bu məsələ yenidən qaldırılacaq" - deyə Məhərrəmdli bildirib.

Xəbər lenti

Xəbər lenti