...

"Azercell Telecom"un SimSim abunəçiləri üçün Gürcüstanda və Rusiyada rouminq xidməti yaradılıb

Telekommunikasiya Materials 5 Dekabr 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telesom" BM fakturalı xətt abonentləri ilə yanaşı fakturasız xətt abonentlərinin də rouminq əhatə dairəsini genişləndirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, indi SimSim abonentləri Gürcüstan (Geocell) və Rusiyada da (Megafone) öz nömrələrindən istifadə edə biləcəklər. İndiyə qədər "Azercell Telekom" BM-in fakturasız xətt abonentləri Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirliklərində və Qazaxıstanda rouminq xidmətindən yararlanırdılar.

"Azercell Telekom" BM müştərilərin rahatlığını təmin etmək məqsədi ilə 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün "RoamCELL" xidmətini istifadəyə verib. Bu xidmət ilk olaraq Türkiyənin "Turkcell" operatoru ilə reallaşdırılıb. "RoamCELL" xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.

"Azercell" BM 2,8 mln.-dan çox abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti