...

Türkmənistan TAA-nın Xəzər seqmentinin tikintisinə qoşula bilər

Telekommunikasiya Materials 5 Dekabr 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Azərbaycanın rabitə nazirinin müavini İltimas Məmmədovun çərşənbə günü verdiyi məlumata görə, Azərbaycan "Trans-Asiya-Xəzər" fibrooptik kabel magistralının Xəzər seqmentinin çəkilməsinə hazırdır.

"Bu barədə Qazaxıstanla intensiv danışıqlar aparılır. Türkmənistan son zamanlar layihəyə böyük maraq göstərməyə başlayıb" - deyə Məmmədov bildirib.

Türkiyə də bunda maraqlıdır, belə ki, məlumatların, Azərbaycandan keçməklə, bu ölkəyə trafiki daha sərfəlidir.

Məmmədovun sözlərinə görə, Azərbaycan hazırda ya Qazaxıstan, yaxud da Türkmənistandan çəkilə biləcək magistralın tikintisi ilə bağlı danışıqların başa çatmasını gözləyir.

1999-cu ildə aparılan hesablamalara görə, rabitə kabelinin tikintisi 10 mln. dollar təşkil edib.

Qazaxıstan və Azərbaycan arasında marşrutun uzunluğu 380 km təşkil edəcək. Mövcud marşrut, Azərbaycan ərazisindən yan keçməklə, Türkmənistan və İran ərazisindən keçir.

Layihənin həyata keçirilməsi informasiyanın ötürülmə trafikini sürətləndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti