...

Bakı telefon şəbəkəsinin tam rekonstruksiyasının müddəti müəyyənləşdirilib

Telekommunikasiya Materials 6 Dekabr 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ 2008 - ci ilin mart-aprel aylarında Bakı telefon şəbəkəsinin rekonstruksiyası başa çatacaq. Bu barədə cümə axşamı "Baktelekom" İB - nin Baş direktoru Beytulla Hüseynov məlumat verib. Bakı üzrə elektronlaşdırılmış şəbəkənin göstəricisi 88 faiz təşkil edir. Hüseynovun sözlərinə görə , 35 minədək bloklaşdırılan nömrələrin ayrılması başa çatır. Bundan sonra rekonstruksiya köhnə ATS 471/472/473, 474/475/476/423 ilə paralel olaraq, ATS 494/495, 438/39 üzrə aparılacaq. Bu stansiyalar Next Generation Network (NGN) texnologiyası üzrə rekonstruksiya ediləcəklər. Stansiyaların nömrə tutumu 130 mindir. Rekonsturksiyadan sonra onlar daha 50 min nömrə genişləndirəcəklər. Paytaxtda hər 100 nəfərə 32.1, bütün ölkə üzrə 14.55 telefon aparatı düşür.

Xəbər lenti

Xəbər lenti