...

Naxçıvan MR-də rabitə xidmətlərinin artımı 55 faiz təşkil edib

Telekommunikasiya Materials 1 Fevral 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral/ Trend , müxbir S.Babayeva/ 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında (NMR) 16 mln. manatlıq rabitə xidmətləri göstərilib ki, bu da 2006-cı illə müqayisədə, 55,2 faiz çoxdur. NMR-in Bakıdakı daimi nümayəndəliyindən verilən məlumata görə, göstərilən xidmətlərin 78,9 faizi və ya 13 mln. manatı özəl şirkətlərin payına düşüb və onların artımı 60,9 faiz təşkil edib.

Təkcə muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən xidmətlərin dəyəri 3,4 mln. manat və ya 2006-cı ildən 37,2 faiz olub. Nazirlik tərəfindən 4845 telefon xətti çəkilib ki, bu da 1450 və ya 42,7 faiz çoxdur.

Ölkədə hər yüz ailəyə 55 telefon düşür. Ümumilikdə muxtar respublikanın 220 evi telefonlaşdırılıb və 50,5 min telefon nömrəsi istismara verilib.

Ölkədə 110 min telefon aparatı və üç GSM operatorunun olması ilə, muxtar respublikada hər üç nəfərə bir mobil telefon düşür.

Muxtar respublika Azərbaycanın qərbində yerləşir. Şimalda və şərqdə Ermənistanla, qərbdə və cənubda isə, Türkiyə və İranla həmsərhəddir. NMR-in ümumi sahəsi 5,5 min kv.km təşkil edir. Əhalisi 360 min nəfərdir. Paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti