...

Azərbaycanda İnternetin inkişafı üzrə Koordinasiya Şurası ilk iclasına hazırlaşır

Telekommunikasiya Materials 5 Fevral 2008 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Babayeva / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurasının birinci iclası fevraldakeçiriləcək,-- çərşənbə axşamı dövlət müəssisəsindən bildirilib.

"Doqquz nəfərdən ibarət Şuranın tərkibi seçiləndən sonra ilk iclası keçirmək olar", - nazirlikdən bildirilib.

Şuranın tərkibinə biznes strukturları, dövlət və qeyri- hökumət təşkilatlarının nümayəndələri daxil olacaq. Namizədlərin təqdim olunması ilə bağlı, təşkilatlara məktub göndərilib.

Koordinasiya Şurasına rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edəcək.

Şuranın vəzifələrinə Azərbaycan ərazisində İnterentin inkişafına dair tədbirlər, qeydiyyat, domenlərin istifadəsi, bu sahədə çalışan müəssisələrə elmi-metodik kömək göstərilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti