...

RİTN 400-dən çox ailəni telefonla təmin edib

Telekommunikasiya Materials 8 Fevral 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Babayeva/ 2008-ci ilin yanvar ayı ərzində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 400-dən çox ailəni telefonla təmin edib. Bu barədə Nazirlikdən məlumat verilib.

Bu dövr ərzində istifadəyə verilən telefon nömrələrinin ümumi sayı 432 ədəd təşkil edib. Bütün nömrələr "Aztelekom" İB-nın payına düşür.

"Aztelekom" İB, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Bakı və bütün ölkəni telefonla, o cümlədən beynəlxalq və şəhərlərarası rabitə ilə təmin edir. Birlik beynəlxalq operator kimi yeganə inhisarçıdır. "Aztelekom" IB-nin 54 telekommunikasiya muəssisəsi ilə yanaşı, özündə Bakı Şəhərlərarası Telefon Qovsağı, Kabel Maqistral Texniki Qovşağı və Təmir-Tikinti Idarəsini birləşdirir.

"Aztelekom" İB tərəfindən göstərilən əsas xidmətlər:

- Lokal rabitə xidmətləri;-Şəhərlərarası rabitə xidməti;-Beynəlxalq rabitə xidməti;-Analoq və rəqəmsal kanalların icarəsi;-Geniş zolaqlı kanalların icarəsi;-Sifarişli danışıq xidməti - kod 107; -Əvvəlcədən ödənişli danışıq xidməti - kod 181, 123; -TOLL FREE xidməti - kod 088 XXXXXXX;-AZTELEKOM.NET İnternet xidməti;-Optik şəbəkə üzərindən ayrılmlş xətlərin verilməsi;-Taksofon danışıqları xidməti (Lokal, şəhərlərarası və beynəlxalq);- CDMA-mobil xidmət ;

2006-cı ildə RİTN ("Bakı telefon rabitəsi" və Aztelekom) 132 488 telefon nömrəsi istifayə verib.

Hökumətin proqnozlarına görə, 2011-ci ilədək Azərbaycanda sayı hər 100 nəfərə 19,8 ədəd telefon aparatı düşəcək. Hazırda bu göstərici 15 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti