...

Azərbaycanda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının tərkibi təsdiqlənib

Telekommunikasiya Materials 27 Fevral 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən İnternetin inkişafı üzrə Koordinasiya Şurasının tərkibi təsdiq olunub. Bu barədə çərşənbə günü Dövlət İdarəsindən məlumat verilib.

"Ümumilikdə Şuranın tərikbində doqquz nəfər - dövlət sektoru, ictimai müəssisə, Qeyri-Hökumət Təşkilatı və biznes sektorunun nümayəndələri var" - deyə RİTN-dən bildiriblər. Koordinasiya Şurasının ilk iclasının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

Koordinasiya Şurasına ötən ilin dekabrında təyin olunan Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edəcək.

Şuranın Nizamnaməsinə əsasən, onun funksiyalarına Azərbaycan ərazisində İnternetin inkişafı üzrə tədbirlər, qeydiyyat, domenlərin istifadə olunması, bu sahədə fəaliyyətdə olan müəssisələrə elmi-metodik yardımın göstərilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti