Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Babayeva / "Suisse Tunc Holding AG"ın törəmə şirkəti "Berke MMC", "Azerfon"BM mobil rabitə operatoruna malik "GSM Nokia Siemens Networks" mövcud şəbəkəsinə texniki dəstəklə bağlı müqaviləni yeniləyib. Bu haqda "Tunc Holding" məlumatında bildirilir. Müqavilə 2008-ci ilin sonunadək uzadılıb.
"Tunc Holding AG"-ın əsası 2007-ci ilin noyabrında qoyulub. Yeddi törəmə müəssisəsi vasitəsilə telekommunikasiya şəbəkələrinin dəstəyi və tikintisilə məşğul olur. "Tunc Holding"in törəmə şirkətləri Kiçik, Qərbi, Mərkəzi Asiyanın və Şərqi Avropanın 11 ölkəsində fəaliyyət göstərir. Şirkətin qərargahı Ankara şəhərində yerləşir.
"Azerfon"BM (Nar Mobile ticarət markası) Azərbaycan ərazisində GSM standartı ilə mobil xidmətin göstərilməsi lisenziyasını 2005-ci ilin sonlarında alıb.Operator 2007-ci il martın 21 - də kommersiya fəaliyyətinə başlayıb. Hazırda Nar Mobile"ın abonentlərinin sayı 300 mindən artıqdır.
.