...

Estoniya Azərbaycanın İT sektoruna investisiya yatıra bilər

Telekommunikasiya Materials 1 Aprel 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ " müxbir S.Ağayeva/ Estoniya Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində öz təcrübəsinin tətbiq edilməsində maraqlıdır. Bu barədə Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland çərşənbə axşamı jurnalistlərə məlumat verib.

O bildirib ki, Estoniya Avropada İKT üzrə aparıcı yerlərdən birini tutur və Azərbaycana bu sahədəki təcrübəsini verə bilər.

"Biz həm dövlət, həm də özəl layihələrə investisiya yatıra bilərik", - Oyuland qeyd edib.

Oyuland əməkdaşlıq perspektivlərini Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüş zamanı müzakirə edib. Onun sözlərinə görə, söhbət Azərbaycanda elektron məktəbin yaradılması və tibb müəssisələri üçün proqram təminatının hazırlanmasından gedir. Oyuland mümkün əməkdaşlığın daha geniş və hərtərəfli müzakirə edilməsi üçün yaxın vaxtlarda hər iki ölkənin informasiya texnologiyaları nazirlikləri ekspertlərinin görüşlərinin baş tutacağını bildirib.

Xəbər lenti

Xəbər lenti