...

Azerpocht "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində iri müqavilə imzalayıb

Telekommunikasiya Materials 2 Aprel 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend , müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azerpocht DM Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində iri müqavilə imzalayıb. Çərşənbə günü Dövlət Müəssisəsindən bildiriblər ki, müqavilə poçt-maliyyə və avtomatlaşdırılmış əməliyyat sisteminin əldə edilməsi üçün keçirilən tenderin qalibi olmuş HP, Colvir i Sinam şirkətlər Konsorsiumu ilə imzalanıb.

Proqram təminatı paketinə DM-in yerli şəbəkəsinin daxili və xarici informasiya sistemlərinə qoşulması daxildir. Şirkət sistemin yoxlanılmasında Azerpocht-a yardım göstərməli, texnik və mühasiblər üçün treninqlər keçirməli, Rabitə Nazirliyinin İnformasiya-Hesablama Mərkəzi üçün avadanlıq verməli, onun quraşdırılması və yoxlanılmasını həyata keçirməlidir.

Aprelin 10-da başlayacaq işlər ilin sonunadək başa çatdırılmalıdır.

Layihənin dəyəri bir neçə milyon dollar qiymətləndirilir, dəqiq məbləği açıqlanmır.

Azerpocht-dan bildiriblər ki, sistemə, aşağıdakılarla birlikdə, həm maliyyə, həm də poçt məsələləri üzrə çoxsaylı modellər daxildir: depozit, xəzinədarlıq, aktivlər və passivlərin idarə edilməsi, likvidliyin idarə edilməsi, informasiya idarəetmə sistemi, avtomatlaşdırılmış mühasibat kitabı.

Birinci mərhələdə yeni sistem test variantında Azerpocht-ın baş ofisində, bir poçt filialında və Bakıdakı beş poçt bölməsində işə salınacaq. 2010-cu ilədək Bakının bütün poçt bölmələri bu sistemə qoşulacaqlar.

Əsas komponentinin ölkənin poçt sisteminin təkmilləşdirilməsi olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri $17,5 mln. təşkil edir. DB $12,25 mln. məbləğində kredit ayıracaq, qalan hissə isə, Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti