...

Azərbaycan ilin sonunadək efir məkanı üzrə sistemin şərtlərini təyin edə bilər

Telekommunikasiya Materials 2 Aprel 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Babayeva / Azərbaycan 2008-ci ilin sonunadək ölkənin efir məkanını qoruya bilən, milli radiomonitorinq şəbəkəsinin quraşdırılması üzrə təklif və şərtlərin təyin olunmasını planlaşdırır. Bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radiotezlik üzrə Dövlət İdarəsindən məlumat verilib.

"Sistemin yaradılması şərtləri ilin sonunadək hazırlanıcaq" - Dövlət İdarəsindən deyilib.- Bakıdakı idarəetmə mərkəzindən əlaqələndiriləcək, bölgə və yardımçı məntəqələrin yaradılacağı rayonlar hələ müəyyən olunur.

İdarədən məlumat verilib ki, altı xarici şirkət layihə ilə maraqlandığını bildirib. Şirkət tender yolu ilə seçilə bilər.

RDİ-dən məlumat verilib ki, belə sistemin yaradılmasına, orta hesabla, 15-20 mln.dollar tələb olunur.

İdarə keçən il Rabitə Nazirliyinin qəbul etdiyi layihənin reallaşdırılması tarixini proqnozlaşdırmaqda çətinlik çəkib.

Şəbəkə vasitəsilə tezliklərin istifadəsi, elektron vasitələrin qeydiyyatı və hesabatı, qeydiyyat xaricində qeyri-qanuni istifadənin qarşısını almaq, efir üzərində nəzarət, efir məkanına müdaxilənin qarşısını almaq mümkün olacaq.

RDİ rəhbəri Əflatun Məmmədovun əvvəllər verdiyi məlumata görə, layihə həm daxili vəsait, həm də dövlət büdcəsi hesabına gerçəklşdiriləcək. Texniki kreditin cəlb olunması da istisna olunmur.

Xəbər lenti

Xəbər lenti