...

Azərbaycanın ən iri mobil rabitə operatoru mülkiyyət formasının dəyişdiyini elan edib

Telekommunikasiya Materials 4 Aprel 2008 15:36 (UTC +04:00)
Azərbaycanın ən iri mobil rabitə operatoru mülkiyyət formasının dəyişdiyini elan edib

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.Babayeva / Azərbaycandakı GSM standartları üzrə ən iri mobil rabitə operatorlarından biri "Azercell Telecom" mülkiyyət formasını dəyişdirib.

Şirkətin məlumatına görə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 01 aprel 2008-ci il tarixində dövlət qeydiyyatına alınmış yeni Nizamnaməyə əsasən, "Azercell Telekom Məhdud Məsuliyyətli Müəssisə" BM-nin yeni adı "Azercell Telekom Məhdud Məsuliyyətli Cəmiyyət" (qısa şəkildə "Azercell Telekom MMC") kimi təsdiq edilib. BM tərəfindən imzalanmış və hazırda qüvvədə olan sənədlərin hüquqi qüvvəsi və əhəmiyyəti dəyişməz olaraq qalır.

"Azercell" BM-nin dövlət payının satışı üzrə müqavilə fevral ayında imzalanıb. Dövlətin 180 mln. dollar dəyərində olan 35,7 faizlik iştirak payı şirkətin həmtəsisçisi - Türkiyənin "Azertell Telekommunikasyon Yatirim Dis Ticaret A.S" şirkətinə satılıb.

"Azercell Telecom" 1996-cı il yanvarın 19-da BM qismində yaradılıb. İlk təsisçilər "Turkcell İletişim Hizmetleri A.S" və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olub. Şirkət abunəçilərə sonradan ödəmə əsasları ilə mobil rabitə xidməti təklif etməklə 1996-cı il dekabrın 15-də fəaliyyətə başlayıb. Hazırda operator abunəçilərinin sayı 3 mln. nəfəri ötüb.

Şirkətin fəaliyyəti zamanı onun kaptital yatırımı 600 mln. dollara çatıb. Azərbaycanın ən iri vergi ödəyicisi sayılan "Azercell" fəaliyyəti dövründə dövlət büdcəsinə və digər dövlət fondlarına 400 mln. dollara yaxın vəsait göçürüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti