...

Azərbaycanın Rabitə Nazirliyi dörd mindən çox ailəni telefonla təmin edib

Telekommunikasiya Materials 7 Aprel 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir S.Babayeva/Yanvar-martda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dörd mindən çox ailə telefonla təmin edilib. Bu barədə bazar ertəsi nazirlikdən məlumat veriblər.

Bu dövr ərzində istismara verilən telefon nömrələrinin sayı 4080 ədəd təşkil edib. Bütün nömrələr Aztelekom İB-in payına düşür.

Aztelekom İB Bakı və bütün respublikanı (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) telefon, həmçinin, beynəlxalq və şəhərlərarası rabitə ilə təmin edir. İB 54 telekommunikasiya müəssisəsi ilə birlikdə Bakı Şəhərlərarası Telefon Qovşağı, Texniki Kabel Magistralı Qovşağı və Təmir-Tikinti İdarəsini özündə birləşdirir. Aztelekom İB tərəfindən təqdim edilən əsas xidmətlər:

- yerli, şəhərlərarası və beynəlxalq rabitə

- analoq, rəqəmsal və genişxətli kanalların icarəsi

- sifarişli danışıqlar kod 107

- əvvəlcədən ödənilmiş danışıqlar kodu-181, 123

- TOLL FREE kod 088 XXXXXXX

- AZTELEKOM.NET (İnternet - provayder xidmətləri)

- optik şəbəkədən ayrılmış xətlərin verilməsi

- taksofon danışıqları (yerli, beynəlxalq və şəhərlərarası)

- CDMA standartlı mobil rabitə

2006-cı ildə Rabitə Nazirliyi ("Bakı Telefon Rabitəsi" və Aztelekom İB) 132488 telefon nömrəsi istismara verib.

Hökumətin proqnozlarına görə, 2011-ci ilədək Azərbaycanda hər 100 nəfərə düşən telefon aparatının sayı 19,8-dək artacaq. Hazırda bu rəqəm 15 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti