...

Azərbaycan "Global Information Technology" hesabatında "Şəbəkə hazırlığı" cədvəli üzrə Ermənistan və Gürcüstanı qabaqlayıb

Telekommunikasiya Materials 9 Aprel 2008 13:11 (UTC +04:00)
Azərbaycan "Global Information Technology" hesabatında "Şəbəkə hazırlığı" cədvəli üzrə Ermənistan və Gürcüstanı qabaqlayıb

Azərbaycan, Bakı, 09 aprel / " Trend ", müxbir S.Babayeva/ Azərbaycan Ümumdünya İqtisadi Forumun aprelin 7-də təqdim olunan 2007-2008-ci illər ərzində "Global Information Technology Report" hesabatında "Şəbəkə hazırlığı" cədvəli üzrə 127 yer üzrə 67-ci yeri tutub. Bu barədə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov bildirib.

"Şəbəkə hazırlığı" cədvəli üzrə Azərbaycan Ermənistan (106-cı yer), Gürcüstan (91-ci yer), Rusiya (72-ci yer) və Qazaxıstanı (71-ci yer) qabaqlayıb.

Digər göstəricilər üzrə Azərbaycan daha qabaqcıl mövqeləri tutub. Geniş maliyyə imkanlarının mövcudluğu, aşağı vergi faizlərinin tətbiqi, nizamlama qaydalarının sadələşdirilməsi (biznes-mühit), texnologiya və kompyuter mütəxəssislərinin sayı, texnologiyalar ixracının rahat mexanizmi üzrə Azərbaycan 39 və 54-cü mövqeləri tutub.

Bununla yanaşı, bəzi faktlar üzrə -informasiya-kommunikasiya texnologiyaları məhsullarının ixracı və xidmətlər, lizenziyalaşdırma, rəqabət, əmlak hüququ, İnternet serverlərinin təhlükəsizliyi, telefon rabitəsi texnologiyalarının baha olması üzrə Azərbaycan daha aşağı mövqeləri - 101 və 116-cı yerləri tutub.

Hesabata Danimarka, İsveç və İsveçrə başçılıq edir.

Hesabatın hazırlanmasında maqsəd İnternet şəbəkəsinin inkişafına təsir edən amilləri müəyyən etmək, informasiya texnologiyalarının inkişafında biznes infrastrukturu və nizamlanma amillərini təhlil etməkdən ibarətdir.

Hesabat həmçinin ölkələrin ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik potensialını özündə əks etdirir.

Hesabatın metodologiyası üç komponentdən ibarətdir:

- "İqlim" - texnologiya bazarı, İKT infrastrukturuna malik nizamlayıcı, qanunvericilik iqlimi qiymətləndirilir.

- "Hazırlılıq" - hökumətin, fərdi istehlakçıların və işgüzar dairələrin İKT imkanları qiymətləndirilir.

- "İstehlak" - fərdi istehlakçılar, işgüzar dairələr və hökumətin İKT məhsullarının istifadəsi və xidməti üzrə təcrübəsi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti