...

Gemalto və Bestcomp səhiyyə sahəsində Azərbaycanın elektron proqramını rəqəmsal həllərlə təmin edəcəklər

Telekommunikasiya Materials 9 Aprel 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend / Rəqəmsal təhlükəsizlik sahəsində dünya lideri Gemalto şirkəti bu gün Azərbaycandakı tərəfdaşı Bestcomp şirkəti ilə birlikdə milli E-Səhiyyə Proqramı üçün təhlükəsizlik sahəsində rəqəmsal həllərin təmin edilməsi üçün seçildiyini elan edib.

Gemalto-nun məlumatında deyilir ki, Bestcom layihənin inteqratoru kimi fəaliyyət göstərəcək, Gemalto isə, E-Hökumətin yaradılması üçün üç mln. Sealys mikroprosessor kartları və PT bağlayıcıları tədarük edəcək.

Pilot layihə 2008-ci ilin fevralında başlayıb. Layihənin inkişafı 2008-2010-cu illərdə mümkün olacaq.

Bu, ölkədə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən birinci irimiqyaslı E-hökumət layihəsidir. Azərbaycan vətəndaşları üçün səhiyyə kartı tələb formalarını rəqəmsal formalara çevirərək, sosial təminat xidmətlərinə dair tələblərin verilməsini nəzərəçarpacaq dərəcədə asanlaşdırır.

"Bu yeni layihə Əlcəzair, Belçika, Çin, Finlandiya, Almaniya, Meksika, Puerto-Riko, Böyük Britaniya və Sloveniyadakı nəaliyyətlərdən sonra, səhiyyə sahəsində Gemalto-nun mövqeyini möhkəmləndirir", - şirkətin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti