...

Azərbaycanın rabitə nazirliyi 2008-ci ilin birinci rübündə gəlirlərin artmasını elan edib

Telekommunikasiya Materials 10 Aprel 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel/ Trend , müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəlirləri birinci rüb ərzində, 2007-ci ilin analoji dövrü ilə müqayisədə,5,8 faiz artıb. Cümə axşamı nazirlikdən verilən məlumata görə, gəlirlərin ümumi həcmi 47 mln.manat təşkil edib.

Əhalidən alınmış gəlirlər 20 mln. manatdan çox olub.

Yanvar-mart aylarında Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinə qoyulan sərmayələr 4,3 mln.manat təşkil edib.

2007-ci ildə dövlət rabitə müəssisələri tərəfindən 39,3 mln.manat sərmayə qoyulub, eyni zamanda rabitə sahəsinə qoyulmuş sərmayələrin ümumi həcmi 158,4 mln. manata çatıb. Keçən il rabitə nazirliyi 186,1 mln.manat gəlir əldə edib ki, bunun 70,7 mln.manatı əhaliyə göstərilmiş xidmətlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti