...

Maliyyə direktoru TeliaSonera-dan gedir

Telekommunikasiya Materials 10 Aprel 2008 19:16 (UTC +04:00)
Maliyyə direktoru TeliaSonera-dan gedir

Azərbaycan, Bakı, 10 aprel/ Trend , müxbir S.Babayeva/ Avropanın iri telekommunikasiya şirkəti TeliaSonera-nın icraçı vitse-prezidenti və maliyyə direktoru Kim İqnatius (Kim Ignatius) səkkiz il ərzində tutduğu vəzifədən getməsini elan edib. Bu barədə şirkət məlumat verib. O, başqa şirkətdə, lakin eyni vəzifədə çalışacaq.

"Şirkətdə ötən səkkiz il çox maraqlı və faydalı olub. Mən yeni vəziyyətimi telekommunikasiya təcrübəsindən istifadə etmək və ona əsaslanmaq üçün maraqlı imkan kimi, həm də gələcək şəxsi inkişaf üçün imkan kimi görürəm", - İqnatius bildirib.

"Kim İqnatius TeliaSonera-ya böyük töhfə verib. Mən onun şirkəti tərk etmək haqqında qərar qəbul etməsinə yalnız təəssüf edə bilərəm", - TeliaSonera-nın prezidenti və baş direktoru Lars Niberq bildirib.

TeliaSonera 2002-ci ilin dekabrında İsveç və Finlandiyanın Telia və Sonera operatorlarının birləşməsi nəticəsində yaranıb. Şirkətin 690,000 -dən əhmdarı var. İri səhmdarlar İsveç (37,3%) və Finlandiya (13,7%) hökumətləridir. TeliaSonera və onun birgə müəssisələri birlikdə 18 ölkədə 100 mln. abunəçiyə xidmət göstərirlər. 2006-cı ildə şirkətn xalis mədaxili 91 mlrd. İsveç kronu, VKDAÖG (vergi, kredit dərəcələri və amortizasiyaların ödənilməsinədək gəlir) 32,266 mlrd. İsveç kronu, xalis gəliri isə 19,28 mlrd. İsveç kronu təşkil edib.

Şirkət Fintur Holdings BV-nin vasitəsilə Azərbaycanın mobil operatoru Azercell Telecom-un səhmdarıdır. Belə ki, Fintur-un səhmlərinin 58,55 faizi TeliaSonera-ya məxsusdur.

Xəbər lenti

Xəbər lenti