...

Azərbaycanın Rabitə Nazirliyi dövlət büdcəsinə təxminən 7 mln. manat köçürüb

Telekommunikasiya Materials 14 Aprel 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı,14 aprel / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birinci rübdə dövlət büdcəsinə 6,9 mln. manat köçürüb. Bu barədə rabitə və informasiya texnologiyaları nazirliyi aparatının rəhbəri Vidadi Zeynalov məlumat verib.

" Sosial Müdafiə Fonduna köçürmələr 2,35 mln. manat təşkil edib" - deyə o, bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində nazirliyin müəssisələri tərəfindən telekommunikasiya sahəsinə 4,3 mln. manat sərmayə qoyulub.

Dövlət rabitə müəssisələrinin əldə etdiyi gəlirlər 46,5 mln. manat təşkil edib.

Birinci rüb ərzində ölkədə rabitə sahəsində göstərilmiş xidmətlər cəmi 204,4 mln. manat təşkil edib ki, bu da, 2007-ci ilin analoji dövrü ilə müqayisədə, 45,9 faiz çoxdur. Gəlirlərin çox hissəsi 79,9 faizi özəlbölmənin, 79,1 faizi isə, əhaliyə göstərilmiş xidmətlərin payına düşür.

Ölkənin ÜDM strukturunda rabitə sahəsinin gəliri 59,5 faiz ÜDM artımı ilə

1,9 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti