...

Azərbaycanda çap nəşrlərinin yayılması üzrə müəssisəyə təqribən yarım milyon manat vəsait yatırılacaq

Telekommunikasiya Materials 14 Aprel 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel/ " müxbir S.Babayeva/Bu il özəlləşdirilən Azermetbuatyayım ASC-ə (ölkədə çap nəşrlərinin yayılması ilə məşğul olur) 450 min manat vəsait yatırılacaq. Bu barədə şirkətin rəhbəri Vüqar Səfərov məlumat verib.

"Sərmayədarların vəsaiti qəzet köşklərinin, avtonəqliyyat vasitələrinin yenilənməsinə, regionlarda ofis binalarının tikintisinə sərf ediləcək", - o bildirib.

Səfərovun sözlərinə görə, bundan əlavə, sərmayə yatırımından sonra, müəssisənin paytaxt və regional şəbəkəsini genişləndirmək planlaşdırılır.

Azermetbuatyayım İB 1997-ci ildə özəlləşdirməyə çıxarılıb. Lakin, onun özəlləşdirilməsi yalnız 2007-ci ilin avqustunda baş tutub. Bundan sonra şirkətin hüquqi statusu ASC-ə dəyişdirilib. Fevrala qədər özəlləşdirmə prosesi tam başa çatıb.

2007-ci il noyabrın 1-ə olan vəziyyətə görə, şirkətin Nizamnamə kapitalı 345,3 min manat qiymətləndirilib. Azermetbuatyayım 1933-cü ildə fəaliyyətə başlayıb. ASC-nin ştatı 93 nəfərdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti