...

RİTN naziri Naxçıvan Muxtar Respublikasına səfər edib

Telekommunikasiya Materials 15 Aprel 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.Babayeva / Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Naxçıvan Muxtar Respublikasına (NMR) səfər edib. Bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.

İdarə rəhbəri NMR-da 2008-ci ildə rabitənin keyfiyyətinin yüksəldilməsi üçün Muxtar Respublikanın Rabitə Nazirliyi tərəfindən yerinə yetirilən işləri müzakirə etməyi planlaşdırır.

Bir günlük səfər çərçivəsində nazirin Naxçıvanın dövlət orqanları rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti