...

"Aztelekom" Azərbaycanın daha bir regionunda NGN şəbəkəsi quracaq

Telekommunikasiya Materials 15 Aprel 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İB Azərbaycanın daha bir regionunda - Kürdəmir rayonunda NGN şəbəkəsi quracaq (Next Generation Network). İB-in verdiyi məlumata görə, çərşənbə axşamı rayonun mərkəzi və yaxın kəndlərdəki ATS-də NGN texnologiyası üzrə tam yenidənqurma ilə bağlı tender elan edilib.

Tender təklifləri aprelin 19-dək Kürdəmirin Telekommunikasiya Qovşağında qəbul ediləcək. Tenderdə iştirakın dəyəri 3 min manat təşkil edir.

Əvvəllər analoji şəbəkə Şamaxı və rayonun 23 kəndində qurulub və istismara verilib. Bundan sonra regionun bütün sakinləri İP telefon, İnternet, televiziya xidmətlərindən istifadə etmək imkanına malik olublar. Bunun üçün Şamaxının bütün kənd ATS-i və mərkəzi ATS-də Sloveniyanın "İskratel" şirkətinin müvafiq avadanlığı qurulub.

NGN (növbəti nəsil şəbəkə) paketlərin kommutasiaysından istifadə etməklə nitqin, təsvirin və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş çoxməqsədli universal şəbəkədir. NGN şəbəkəsi telekommunikasiya qrafikinin müxtəlif növləri üçün zəruri olan xidmət kefyiyyətini təmin edir. Yuxarıda adı çəkilən texnologiyanın tətbiqi abunəçilərə VoİP-telefon, səs poçtu, məlumatların ötürülməsi xidməti, multimedia xidmətləri, özəl virtual şəbəkələr, unifikasiya edilmiş məlumat mübadiləsi, sürətli məlumat mübadiləsi, interaktiv səsli cavab sistemi xidmətləri, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti