...

Birinci rübdə Azərbaycanda rabitə xidmətləri üzrə artım 45 faizi ötüb

Telekommunikasiya Materials 16 Aprel 2008 12:26 (UTC +04:00)

Azərbaycan,Bakı,16 aprel / Trend , müxbir S.Babayeva/ Yanvar-mart aylarında Azərbaycanda təşkilat və əhaliyə 204,5 mln. manat dəyərində rabitə xidmətləri göstərilib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 45,9 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verib.

Əldə edilmiş gəlirlərin təxminən 74 faizi mobil rabitənin payına düşür ki, burda da artım 61,2 faiz təşkil edib.

Quba-Xaçmaz iqtisadi rayonlarında xidmətlərin artımı - 31,5 faiz, Dağlıq-Şirvanda- 49,2 faiz, Şəki-Zaqatalada - 33,3 faiz, Aran rayonlarında - 27,9 faiz, Naxçıvanda - 77,7faiz, Lənkəranda - 37,4 faiz, Abşeron rayonunda - 29,3 faiz, Gəncə-Qazaxda - 24,8 faiz təşkil edib.

Yanvar- fevral aylarında rabitə sahəsində orta hesabla aylıq 318 manat əmək haqqı alan işçilərin sayı 22,5 min nəfər təşkil edib ki, bu da keçən ilin həmin dövrü ilə müqayisədə 36,7 faiz çoxdur. Dövlət müəssisələrində əmək haqqı 28,8 faiz, özəl bölmədə isə 31,3 faiz təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti