...

Caspian Telecoms 2008 konfransının proqramı elan edilib

Telekommunikasiya Materials 16 Aprel 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya və Rusiya üçün telekommunikasiya və İT-texnologiyalar üzrə yeddinci regional konfrans və sərgi-təqdimatın - Caspian Telecoms 2008 - in ilkin proqramı müəyyən edilib. Təşkilatçının - Britaniyanın ITE Group PLC şirkətinin məlumatına əsas, sərgi-konfrans aprelin 17-18-də İstambulda baş tutacaq.

Konfransın birinci günündə regional elektrorabitə bazarı və Avropa İttifaqında daxil olmaq barədə təklif baxımından Türkiyənin regiondakı rolunun icmalı kimi məsələlər müzakirə ediləcək. Bundan əlavə gündəlikdə Xəzər regionunun elektrorabitə informasiya texnologiyaları sahələrinin liberallaşdırılması və özəlləşdirilməsinin beynəlxalq və regional perspektivləri, Mərkəzi Asiya ölkələrində telekommunikasiyaların özəlləşdirilməsi, regionun telekommunikasiya şəbəkələrinə uzumüddətli sərmayələrin cəlb edilməs; bazarın artım imkanları, Mərkəzi Asiyanın telekommunikasiya bazarının liberallaşdırılması; mövcud və potensial provayderlər üçün çətinliklər və imkanlar; Xəzər regionun İP-telefoniyası; mövcud və potensial perspektivlər; Mərkəzi Asiyada telekommunikasiya və informasiya texnologiyalarının gələcək inkişafının icmalı; Rusiyanın telekommunikasiya və informasiya texnologiyaları sənayesinin icmalı, onun Xəzəryanı region və Mərkəzi Asiya üçün potensialı kimi məsələlər var.

Konfransın ikinci günüdə iştirakçılar Türkiyə telekommunikasiyasına və İKT bölməsinə gələcək sərmayələr, Türkiyə, Xəzər regionu, Qara dəniz hövzəsi və Balkan dövlətlərinin telekommunikasiya bölmələrinə gələcək sərmayələr üçün imkanların icmalını, Mərkəzi Asiyada elektrorabitə və informasiya texnologiyaları sahələrinin gələcək inkişafının icmalını, Türkiyə və Mərkəzi Asiyada tendensiyaların, təlabatın və genişxəttli xidmətlərin tətbiqi imkanlarının icmalını müzakirə edəcəklər.

Konfransın məruzəçiləri qismində Türkiyə, Rusiya, Tacikistan, Monqolustan, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarusun dövlət idarələri və iri özəl şirkətlərinin rəhbər simaları, TeliaSonera, Rostelekom ASC, Kazaxtelekom SC, Fintur Holdings B.V., Alcatel - Lucent, Azercell, Iskratel, Aztelekom və s. kimi iri şirkətlər çıxış edəcəklər.

Azərbaycanın Caspian Telecoms-daRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, aprelin 17-18-də İstambulda bşa tutacaq tədbirdə Rabitə Nazirliyi apparatı rəhbərinin müavini İlham Mərdanov, Aztelekom İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Münasibətlər və Hesablamalar Mərkəzinin direktoru Cəlil Cəfərov iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti