...

"Azerpocht" şəbəkəsi üzrə poçt pul köçürmələrinin həcmi artıb

Telekommunikasiya Materials 17 Aprel 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel/ Trend , müxbir S.Babayeva/ Birinci rüb ərzində "Azerpocht" dövlət müəssisəsi şəbəkəsi üzrə poçt pul köçürmələrinin ümumi həcmi 2,8 mln. manat artıb. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Dövlət müəssisəsinin poçt şəbəkəsi üzrə ümumi pul köçürmələrinin həcmi 15,6 mln. manata çatıb.

Köçürmələrin sayı 15,4 faiz və ya 82 655 ədəd artıb.

Bu dövr ərzində "Azerpocht" şəbəkəsi üzrə 33 min ədəd poçt bağlaması göndərilib və bu ötən ilin birinci rübündən 43,4 faiz çoxdur. Beynəlxalq bağlamaların sayı 475 ədəd və ya 33,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti