...

Məşhur alim-fizik Roald Saqdeyev Bakıdadır

Telekommunikasiya Materials 21 Aprel 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir S.Babayeva/ Məşhur alim-fizik Roald Saqdeyev Bakıdadır. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.

Aprelin 27-dək davam edəcək səfər çərçivəsində alim Rabitə Nazirliyində görüşlər keçirəcək və bu gün nazir Əli Abbasov tərəfindən qəbul ediləcək.

Bu Saqdeyevin Azərbaycana ikinci səfəridir. Ötən ilin fevralında o Azərbaycanda olub və RİTN-də "Peyk texnologiyalarının vəziyyəti və perspektivləri" mövzusunda seminar keçirib.

Akademik Saqdeyev Moskva Dövlət Universitetinin məzunudur. İ.V.Kurçatov adına Atom Energetikası İnstitutunda, SSRİ EA Sibir şöbəsinin nüvə fizikası İnstitutunda işləyib. 1989-cu ildən Merilend Universitetində (ABŞ) işləyir, eyni vaxtda REA Kosmik Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşıdır. Plazma fizikası (zərbə dalğaları, köçürmə prosesi, dayanıqsızlıq), idarəedilən istilik-nüvə sintezi, kosmik fizika üzrə əsərlər Saqdeyevə məxsusdur.

Xəbər lenti

Xəbər lenti