...

İlin sonunadək Rabitə Nazirliyi Bakıda telefon şəbəkələrinin yenidənqurulmasını tamamlayacaq

Telekommunikasiya Materials 21 Aprel 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.Babayeva/ İlin sonunadək Bakıdakı bütün telefon şəbəkələri elektronlaşdırılacaq. Bu barədə ANSPRESS-in İnternet-forumunda suallara cavablandıraraq ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda telefon şəbəkəsinin elektronlaşma səviyyəsi 84,8 faiz, regionlarda isə 74,5 faiz təşkil edir.Bütün ölkə ərazisində elektronlaşmanın səviyyəsi 79,7 faizə çatır.

Hazırda Azərbaycanın 22 regionu tamamilə elektronlaşdırılıb. Birinci rübdə ölkədə elektronlaşmanın səviyyəsi 0,3 faiz artıb, 5981 nömrə istismara verilib.(Rabitə Nazirliyi üzrə 4080 nömrə)Telefon şəbəkələrinin bərpasında əsas üstünlük NGN (Next Generation Network) texnologiyasına verilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hər 100 nəfərə 15,07 vahid stasionar telefon düşür. Bakı üzrə bu göstərici 33,8 vahid, digər regionlar üzrə isə 9,7 vahid olub.

Xəbər lenti

Xəbər lenti