...

Azərbaycanın Tarif Şurası poçt xidməti qiymətlərinin dəyişdirilməsi barədə təklifi nəzərdən keçirir

Telekommunikasiya Materials 22 Aprel 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir İ.Xəlilova, S.Babayeva/ Azərbaycanın Tarif Şurası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) poçt xidmətləri qiymətlərinin dəyişdirilməsinə dair təklifini nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı Tarif Şurasının sədri, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Bizə poçt fəaliyyəti sahəsində qiymətlərin dəyişdirilməsi üzrə təklif daxil olub və təklif hazırda ekspertlər səviyyəsində nəzərdən keçirilir", - deyə o bildirib.

"Bu gün Azərbaycan poçtu arzuolunan vəziyyətdə deyil. Poçt səmərəli fəaliyyət göstərə bilmir", - deyə əvvəllər RİTN rəhbəri Əli Abbasov bildirib. Bu səbəbdən idarə, qiymətlərin artırılması istiqamətində Tarif Şurasına müraciət edib.

Nazir Tarif Şurasına təklif olunan konkret rəqəmləri açıqlamayıb. Lakin o qeyd edib ki, bir neçə xidmət üzrə qiymətlərin 50 faiz qaldırılması təklif olunub. "Hər şey göstərilən poçt xidmətlərinin maya dəyərinin təmin edilməsi üçün hesablanıb", - deyə Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti