...

İnternetin inkişafı üzrə Koordinasiya Şurası qlobal şəbəkəyə giriş üçün qiymətlərin azaldılmasına dair tövsiyələr hazırlayır

Telekommunikasiya Materials 23 Aprel 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.Babayeva/ Cari ilin may ayında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında İnternetin inkşafı üzrə Koordinasiya Şurası operator və provayder şirkətlərinin İnternetə daxil olma qiymətlərinin azaldılmasına dair tövsiyələr zərfini təqdim edəcək. Bu barədə nazirlikdən məlumat verilib.

"Hazırda yalnız məsləhət gücünə malik olan tövsiyələrin hazırlanması prosesi gedir", - deyə nazirlikdən bildiriblər.

Tövsiyələrin hazırlanmasına dair qərar mart ayında Şuranın iclasında qəbul olunub.

Bu gün Azərbaycanda geniş xəttli İnternetin 1 Mb/s-si 700 dollara verilir. Ermənistanda bu rəqəm 4 min dollar, Qazaxıstanda 3 min dollar, Rusiyada isə (Moskvada) 50 dollara satılır.

Azərbaycanda 30 internet provayderi fəaliyyət göstərir ki, onlardan da yalnız ikisi dövlət şirkətidir.

RİTN-nin məlumatına görə, Azərbaycanda İnternet istifadəçilərinin sayı 1 mln. nəfər təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti