...

Azərbaycan RRB rabitə administrasiyaları rəhbərlərinin görüşündə iştirak edəcək

Telekommunikasiya Materials 24 Aprel 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir S.Babayeva/Azərbaycan Regional Rabitə Birliyi (RRB) Rabitə Administrasiyaları (RA) rəhbərləri şurasının görüşlərində iştirak edəcək. Görüş may ayında, Düşənbədə baş tutacaq. Bu barədə cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.

"Nümayəndə heyətinin rəhbəri hələ müəyyənləşdirilməyib. Lakin onun tərkibinə nazirliyin müxtəlif bölmələrinin əməkdaşları daxil olacaqlar", - nazirlikdən bildiriblər.

RRB RA rəhbərləri Şurasının 39-cu iclasının gündəliyinə ÜPİ-nin 24-cü Konqressinin hazırlanmasında qarşılıqlı fəaliyyət, nomenklatura və xidmət keyfiyyətinin inkişaf etdirilməsi üçün poçt sektoru işçilərinin motivasiyası üzrə təcrübə, Tacikistana elektron köçürmələr xidmətinin açılması, elektrorabitənin standartlaşdırılması üzrə ümumdünya assambleyasına hazırlıq, informasiya cəmiyyəti məsələləri üzrə Ümumdünya görüşünün qərarlarının ən yüksək səviyyədə reallaşdırılması, universal xidmətlərin təqdim edilməsi üzrə təcrübə, yeni elektrorabitə xidmətlərinin tətbiq və digər bu kimi məsələlər daxildir.

Bundan əlavə, mayın 23-də administrasiya rəhbərlərinin görüşü çərçivəsində RRB nəzdində informatizasiya üzrə MDB dövlətlərinin Koordinasiya Şurasının 13-cü iclası baş tutacaq.

Görüşdə Azərbaycan, Rusiya, Bolqarıstan, Moldova, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti