...

Azərbaycanda ilin sonuna qədər superkompyuter mərkəzi üzrə TİƏ-nin hazırlanması tamamlana bilər

Telekommunikasiya Materials 28 Aprel 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir S.Babayeva, E.İsmayılov/ 2005-2008-ci il üçün nəzərdə tutulmuş "Elektron Azərbaycan" dövlət proqramına daxil olan Azərbaycanda superkompyuter mərkəzinin yaradılması üzrə layihənin maliyyə problemləri səbəbindən gerçəkləşdirilməsi mümkün olmayıb. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Nazir müavinin sözlərinə görə, ilin sonunadək superkompyuter mərkəzinin Texniki İqtisadi Əsaslandırması (TİƏ) üzrə hazırlıq işlərinin tamamlanması planlaşdırılır.

Azərbaycanda superkompyuter mərkəzinin yaradılması üzrə layihə 10-12 mln. dollar məbləğində dəyərləndirilir.

Məmmədov bildirib ki, mərkəzin 2009-2013-cü illər "Elektron Azərbaycan" dövlət proqramının ikinci mərhələsi çərçivəsində yaradılması planlaşdırılır.

Layihənin reallaşdırılmasından sonra elektron qəzet arxivi, televiziya yaradılacaq ki, bu da gələcəkdə vaxt itirmədən bu ehtiyatlardan istifadə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti