...

İstənilən şirkət İnternetə çıxış üçün ehtiyatların alınması ilə bağlı müraciət edə bilər – Azərbaycan rabitə nazirinin müavini

Telekommunikasiya Materials 29 Aprel 2008 19:49 (UTC +04:00)
İstənilən şirkət İnternetə çıxış üçün ehtiyatların alınması ilə bağlı müraciət edə bilər – Azərbaycan rabitə nazirinin müavini

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir E.İsmayılov, S.Babayeva/ İstənilən şirkət Azərbaycanda qlobal İnternet şəbəkəsinə çıxış üçün lazımi ehtiyatların verilməsi ilə bağlı müraciət edə bilər. Bu barədə Trend -a rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

"Ölkədə internet şəbəkəsinə çıxış xidmətləri göstərmək arzusunda olan şirkətlər üçün heç bir maneə yoxdur. Bunun üçün onlara həm optik kanallar, həm də peyk rabitəsi verilə bilər", - o qeyd edib.

Məmmədov hesab edir ki, iqtisadi nöqteyi-nəzərdən şirkətlərin özlərinə müstəqil surətdə İnternetə çıxış təşkil etməsi sərfəli deyil.

Nazir müavininin sözlərinə görə, altı-yeddi il əvvəl ölkədəki bəzi provayderlər özləri backbone-suz İnternetə çıxış təşkil edirdilər. Lakin sonra qlobal İnternet şəbəkəsinə çıxışı ölkədə bu növ yeganə şirkət - Delta Telecom təqdim etməyə başladı. "Bu şirkətin birbaşa olaraq qlobal İnternet şəbəkəsinə qoşulmasından daha ucuz başa gəlir", - Məmmədov bildirib.

Nazir müavini bildirib ki, 1-2 MQb/s sürətli kanal provayderə təqribən $10 minə başa gəldiyi halda, Delta Telecom vasitəsilə bu məbləğ cəmi $1-2 min təşkil edir.

Azərbaycanın İnternet-birliyinin rəhbəri, Azerin provayder şirkətinin direktoru Qalib Qurbanov hesab edir ki, tutumundan və sürətindən asılı olaraq İnternet-kanalın alınması zamanı onun dəyəri azaldıla bilər.

Delta Telecom şirkətinin rəhbəri Ramazan Vəliyevin əvvəllər bildirdiyinə görə, Azərbaycan Avropa və ABŞ-da yerləşmiş qlobal İnternet-backbone-dən uzaqda yerləşir və onlarla qonşu ölkələr vasitəsilə tranzitlə qoşulur. Sürəti 2 Mbit/s olan kanalın köməyi ilə Avropada yerləşən backbone-yə qoşulmaq üçün "Rostelekom"un aylıq tranzit haqqı təqribən $10 təşkil edir. Gürcüstan və İranın operatorları öz ərazilərindən belə tranzit kanalın keçməsinə görə, təqribən belə bir məbləği tələb edirlər. Lakin kanalın sürətinin artması ilə qiymətlər düşür.

Sürəti 2 Mbit/s olan Bakı backbone-nin istifadəsi təqribən $1 min təşkil edir. "Bu, yerli internet-provayderlərin nə üçün bizimlə tərəfimizdən yaradılan Bakı backbone vasitəsilə qoşulmağa üstünlük verdiyini izah edir", - Vəliyev bildirib.

Vəliyev Azərbaycanda alternativ backbone-nin yaradılması ilə bağlı hesab edir ki, bu keyfiyyətin artırılması və İnternet qiymətlərinin azalması məsələsinin həlli deyil. Onun rəyinə görə, bunun üçün ən əsas şərt istifadəçilərin sayının artmasıdır. Hazırda Azərbaycan kanalının ümumi tutumu 6Gbit/s təşkil edir. İstifadəçilər tərəfindən isə 0,7 Gbit/s istifadə edilir. İstifadəçilərin sayının artması hazırda istifadə edilməyən tutumdan istifadə İnternet qiymətlərini 50 faiz azaltmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti