...

Azərbaycanda yeni İT şirkət qeydiyyatda alınıb

Telekommunikasiya Materials 15 Dekabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda yeni telekommunikasiya şirkəti  Litvanın İN RE QSC nümayəndəliyi qeydiyyatdan keçib, - Azərbaycanın Vergilər Nazirliyi saytının "vahid pəncərə" bölməsində bildirilir.

Yeganə təsisçi Litvanın İN RE İT şirkətidir. Şirkətin  maliyyə ili 1 yanvar - 31 dekabr müəyyən edilib.

Litvanın İN RE şirkətinin fəaliyyətinə kompüter layihələndirməsi sistemlərinin proqram və texniki təminatı daxildir: tətbiq, servis, məsləhət, tədris, sistemli inteqrasiya, layihə - konstruktor işlərinin kompleks avtomatlaşdırma vəzifələrinin həlli, istehsalatın texnoloji hazırlanması və idarə edilməsi, tikinti konstruksiyalarının və mühəndis sistemlərinin layihələndirilməsi üzrə mühəndis xidmətləri, texniki məsləhət və ekspertiza daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti