...

Azərbaycanda rabitə xidmətlərinin həcmi təxminən 30 faiz artıb

Telekommunikasiya Materials 17 Dekabr 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir S.Babayeva/Yanvar-noyabr ərzində Azərbaycanda təşkilatlara və əhaliyə 828,4 mln. manatlıq rabit xidməti göstərilib ki, bu da 2007- ci ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çoxdur, - Dövlət Statistika Komitəsi məlumat verib. Xidmətlərin ümumi həcmindən 75,8 faiz əhaliyə göstərilən xidmətlərin payına düşüb.

Ümumi gəlirlərdən 72,2 faiz mobil rabitənin payına düşüb, bu göstərici 32,9 faiz artıb.

Quba-Xaçmaz iqtisadi rayonunda rabitə xidmətlərinin artımı 18,7 faiz, Şirvan - 33,6 faiz, Şəki-Zaqatala - 19,6 faiz, Lənkəran - 7,4 faiz, Abşeron - 16,6 faiz, Gəncə-Qazax - 14,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti