...

Azərbaycan prezidenti KÜR kompyuter avadanlıqları istehsalı zavodunda olub

Telekommunikasiya Materials 3 Mart 2009 14:37 (UTC +04:00)
Azərbaycan prezidenti KÜR kompyuter avadanlıqları istehsalı zavodunda olub

Azərbaycan, Bakı, 03 mart / Trend /

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı KÜR kompyuter avadanlıqları istehsalı zavodunda olub. Bu haqda AzərTAc dövlət informasiya agentliyi məlumat yayıb. Dövlət başçısı müəssisənin istehsal sexi və KÜR məhsullarının təqdim olunduğu sərgi ilə tanış olub. Prezident zavodun fəaliyyətini yüksək qiymətləndirib.

KÜR kompyuter avadanlıqları istehsalı zavodu 2005-ci ilin sentyabrında birgə müəssisə kimi fəaliyyətə başlayıb, burada əsas payçılar dövlət - Rabitə Nazirliyi və yerli Sinam şirkətidir.

Müəssisə indiyə qədər ölkənin orta təhsil müəssisələri üçün 27 min kompyuter istehsal edib. Zavodun məhsulları Moldova və Gürcüstana ixrac olunur. KÜR brendi altında həmçinin beş informasiya köşkü və iki stasionar telefon aparatı modeli də istehsal olunur.

2005-2008-ci illərdə müəssisə 29 mindən çox fərdi kompyuter, 127 ədəd informasiya köşkü və 22 min ədəd telefon aparatı istehsal edib. Zavod məhsullarına üç illik təminat verir. Müəssisənin ştatında 62 nəfər var və onların orta aylıq əmək haqqı 230 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti