...

Azərbaycanın Radiotezliklər üzrə Dövlət İdarəsi qanunsuz efir müdaxiləsi faktlarını aşkar edib

Telekommunikasiya Materials 10 Mart 2009 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Radiotezliklər üzrə Dövlət İdarəsi (RDİ) yanvar-fevral ayları ərzində 182 qanunsuz efir müdaxiləsi faktı aşkar edib. Bu barədə RDİ-dən bildirilib. 

"İdarə tərəfindən efir müdaxiləsinin aradan qaldırılması məqsədi ilə müəssiyə yazılı xəbərdarlıqlar edilib", - RDİ-dən bildirilib.

Xəbərdarlıq edilən müəssisənin adı qeyd olunmayıb. Efir monitorinqi çərçivəsində idarə, həmçinin dövlət qeydiyyatından keçməyən 14 tezlik nominalı aşkar edib. 

Radiotezlikləri üzrə Dövlət İdarəsi tezliklərin respublika ərazisindəki bütün müəssələr, təşkilatlar və dövlət orqanları üzrə bölüşdürülməsi, istismarı və nəzarəti ilə məşğuldur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti