...

Delta Telecom və Alcatel-Lucent müqavilə imzalayıb

Telekommunikasiya Materials 31 Mart 2009 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Delta Telecom telekommunikasiya şirkəti Fransanın Alcatel-Lucent ilə IP/MPLS-ın baza şəbəkəsini genişləndirmək məqsədilə müqavilə imzalayıb. Bu barədə Alcatel-Lucent məlumat verib. Müqaviləyə əsasən, Alcatel-Lucent şəbəkə yaradaraq xidmət göstərilməsi layihəsini həyat keçirəcək.

Alcatel-Lucents Ethernet və IP/MPLS-in qərarı Delta Telecomun müştərilərə etibarlı telekommunikasiya xidmətləri təklif etməsinə imkan verir. Yaxın zamanlarda IP/MPLS-ın müasir şəbəkəsi minimal investisiyalarla xidmətlərin tətbiq edilməsinə şərait yaradan gələcək xidmətlər üçün platforma hazırlayır.

Layihənin dəyəri açıqlanmır.

Delta Telecom regionun ən böyük şirkəti olan Internet Backbone-a məxsusdur. Müasir texnologiyalı Backbone şəbəkə platforması Azərbaycandakı bütün internet provayderlərinə və Gürcüstanın 78 faiz provayderlərinə peşəkar xidmət göstərir. DWDM Delta Telecom şəbəkəsinin infrastrukturu bütün regional mərkəzləri və beynəlxalq çıxışları əhatə edir. Şirkət dövlət və özəl müəssisələrə xüsusi şəbəkə resurslarının istifadəsi ilə xidmət göstərir. Şirkətin müştəriləri arasında Azərbaycan Milli Elmlər Akademiyası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi və özəl şirkətlər yer tutur.

Məqalə müəllifi əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti