...

Azərbaycan RRƏ-nin iclaslarında iştirak edəcək

Telekommunikasiya Materials 2 Aprel 2009 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Regional Rabitə Əməkdaşlığının (RRƏ) poçt rabitəsi komissiyasının və poçt rabitəsi operatorları Şurasının aprelin 14-16-da Daşkənddə keçirilən birgə iclasında iştirak edəcək. Bu barədə cümə günü nazirliyindən bildirilib.

Görüş çərçivəsində beynəlxalq RRƏ administrasiyası mütəxəssisləri üçün "RRƏ iştirakçılarının sosial, iqtisadi və elmi-texniki mühit üzrə universal poçt xidmətləri adaptasiyası" adlı seminar təşkil olunacaq. "Daşkənddə keçirilən görüş çərçivəsində hazırda test keçirilən Özbəkistanla MTF STEFI sistemi üzrə poçt pul köçürtmələrinin tətbiqi məsələsi müzakirə olunacaq. Bəzi texniki məsələr yaranıb ki, onları da həll etmək lazımdır", - deyə Rabitə Nazirliyindən bildirilib.

RRƏ-nin iclas gündəliyinə Ümumdünya Poçt İttifaqının 24-cü konqresinin həyata keçirilməsi məsələsi, ÜPİ-nin Poçt istismarı Şurası sessiyasının nəticələri, təcili pul köçürmələri və RRƏ-nin iştirakçılarının digər poçt maliyə xidmətləri sisteminin inkişafına həsr olunmuş konfransa hazırlıq, RRƏ və Avropanın poçt adminsitrasiyası konfransının poçt əlaqələri üzrə komitəsi arasında poçt sahəsində əməkdaşlıq proqramlarının imzalanması, Regional Rabitə Əməkdaşlığının poçt rabitəsi komissiyasının və poçt rabitəsi operatorları Şurasının növbəti iclasının vaxtının, yerinin və gündəliyin dəqiqləşdirilməsi məsələləri daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti