...

Azərpoçt Azərbaycan regionlarında poçt şöbələrinin tikintisi üzrə podratçıları müəyyən edib

Telekommunikasiya Materials 22 Aprel 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Babayeva /

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Azərpoçt Dövlət Müəssisəsi ölkə regionlarında büdcə vəsaitləri hesabına qəsəbə və kənd tipli poçt binalarının tikintisi üçün podratçıları müəyyən edib.

Tender komissiyasının yekun protokoluna əsasən, bölgələrdə qəsəbə tipli poçt şöbələrinin tikintisini Aypara Co şirkəti, kənd tipli poçt şöbələrinin tikintisini isə Avtomatika-Mexanika MMC şirkəti həyata keçirəcək.

Azərpoçt-dan bildiriblər ki, tikinti-təmir işləri üçün müəssisəyə üç mln. manat vəsait ayrılıb.

"İşlərə mayda başlamaq planlaşdırılır, yəni ayrılan vəsaitlər Azərpoçt-un hesabına köçürülən kimi", - Dövlət Müəssisəsindən bildiriblər.

Müəssisə strukturunun tərkibinə 59 poçtamt, iki poçt müəssisəsi, iki törəmə müəssisə və səkkiz rabitə qovşağı daxildir.

"Azərpoçt" strukturu tərkibində ölkənin bütün yaşayış məntəqələrini əhatə edən 1,3 min poçt şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti