...

"Nar Mobile" rabitə xidmətlərinin ödəmə prosedurlarını asanlaşdırır

Telekommunikasiya Materials 3 İyul 2009 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

"Nar mobile" öz şəbəkə abunəçilərinə rabitə xidmətlərinin ödəmələrini real vaxt rejimində həyata keçirmək imkanları təqdim edib. Bu barədə Trend -a cümə günü şirkətin mətbuat  xidmətindən bildirilib.

Xidmət http://nar.goldenpay.az/nar/ internet saytında internet şəbəkəsi vasitəsilə təqdim edilir.

Yeni "On-line ödəmə" xidməti "Nar Mobile" ödəmə sistemini asanlaşdırır, belə ki, vaxtdan və məkandan asılı olmayaraq balansı artırmaq olar.

Layihə "GoldenPay" şirkəti ilə həyata keçirilib və ödəmə üçün Visa və Mastercard plastik kartlarının istifadəsini nəzərdə tutur.

Abunəçinin ödəmə həyata keçirməsi barədə məlumat bir neçə saniyə ərzində elektron poçt və SMS vasitəsilə əldə olunur. 

Xəbər lenti

Xəbər lenti