...

"Azərpoçt" DM yeni poçt şöbələrini açır

Telekommunikasiya Materials 4 İyul 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət poçt operatoru "Azərpoçt" Dəvəçi, Siyəzən və Biləsuvarda yeni poçt şöbəsini istifadəyə verməyi planlaşdırır. Bu barədə şənbə günü Trend a "Azərpoçt" Dövlət Müəssisəsindən (DM) xəbər verilib.

İyulun 10-da Dəvəçi və Siyəzəndə, 11-də isə Biləsuvarda yeni şöbələrin açılış mərasimi keçiriləcək.

Yeni poçt şöbələri müasir üslubda tikilib, müasir avadanlıqlarla təchiz edilib müştərilərin istifadəsinə veriləcək. 

Poçt şöbələri müştərilərə ənənəvi poçt xidmətləri ilə yanaşı, təcili pul köçürmələri xidmətini də təklif edəcək. Əhalinin rahatlığı üçün poçt şöbələrində şəhərlərarası telefon əlaqəsi də təşkil ediləcək. Poçt şöbələrində, həmçinin internet şəbəkəsinə qoşulmaq imkanları da olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti