...

Azərbaycanın AZEL şirkəti Motorola EMb şirkəti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Telekommunikasiya Materials 7 İyul 2009 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Q.Vəliyev /

"İyulun 15-də Motorola EMb (əvvəllər Symbol Technologies) və AZEL şirkətlərinin görüşü baş tutacaq", - Trend -a AZEL-in Direktorlar Şurasının sədri Rasim İbrahimov məlumat verib.

Onun sözlərinə görə, görüş çərçivəsində Motorola EMb qərarlarının Azərbaycan bazarına çatdırılması sahəsində əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçiriləcək. AZEL şirkəti əvvəllər, hazırda Motorola şirkətinin törəmə müəssisəsi olan Symbol Technologies-in rəsmi tərəfdaşı olub. Motorola və Symbol Technologies-in birləşməsi haqda razılaşma 2006-cı ilin sentyabrında imzalanıb.

AZEL şirkəti əməkdaşlıq çərçivəsində mobil kompyuterlər, məlumatların daxil edilməsi üçün aparıcı vasitələr, radioidentifikasiya texnologiyaları (RFİD), naqilsiz infrastruktur və mobil resursların idarə edilməsi vasitələrindən ibarət kompleks mobil korporativ nəticələrin ölkəyə tədarükünü gələcəkdə də davam etdirəcək.

İbrahimovun sözlərinə görə, ötən il AZEL şirkəti tərəfindən "Almalı" mağazalar şəbəkəsi personalının avtomatlaşdırılması üçün mobil nəticələrin tədarükü layihəsi realizə edilib ki, bu da informasiyanın real zaman rejimində təqdim edərək əməyin məhsuldarlığını, müştərilərə keyfiyyətli xidmət göstərilməsi və istehsalın səmərələliliyini artırmaq imkanı verib.

Motorola şirkəti iqtisadiyyatın vacib sahələrində böyük iş təcrübəsinə malikdir. Şirkətin təklif etdiyi nəticələr əməyin məhsuldarlığını artırmaq və şirkətlərin pərakəndə satış, daşınma və nəqliyyat, mehmanxana biznesi və b. xərclərini azaltmaq imkanı yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti