...

Azərbaycanda portativ kompüterlərin istehsalı müəyyən qədər azalıb

Telekommunikasiya Materials 7 İyul 2009 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Q.Vəliyev /

Azərbaycanda portativ kompüterlərin lokal istehsalçıları portativ kompüterlərin istehsalı biznesini azaldırlar. Trend -ın kompüter bazarının iştirakçıları arasında keçirdiyi sorğuya əsasən, noutbuk yığılması üzrə bölmələr Computex və AZEL (NEXT və Lazer ticarət markaları) şirkətləri tərəfindən yığışdırılıb. Hələ ki, yeganə local brend kimi ticarət markası Ultra olan Nexus-u saymaq olar.

İT şirkətlərinin mütəxəssisləri qeyd edirlər ki, istehsal xəttinin yaradılması üçün sərmayələr lazımdır. Ultra şirkətinin korporativ şöbəsinin başçısı Məhəmməd Zülfüqarlının sözlərinə görə, bir hazır sistemin yığılmasında ən azı beş nəfər iştirak edir ki, bu da şirkətin əmək haqqına əlavə xərcləri deməkdir. Digər tərəfdən yığılma alınan və idxal edilən komponentlərin bazasında həyata keçirilir ki, bu da əlavə xərclər gətirir.

Computex şirkətinin marketinq şöbəsinin başçısı Emil Yeroxin qeyd edir ki, bu gün dünyanın ən böyük vendorları büdcə bölməsinə (Bakı bazarında noutbukun 500 manatdan aşağı qiymətə olması) uğurla daxil ola biliblər. Əvvəllər burada lokal istehsalçıların mövqeləri güclü idi. Noutbuk yığımı ilə məşğul olan Azərbaycan şirkətlərinə dünya istehsalçıları ilə rəqabət aparmaq xeyli çətinləşib. Vendorların daha məşhur brendləri, bazarın əhatə edilməsi və bahalı marketinq aksiyalarının keçirilməsi üçün daha çox imkanları var.

AZEL şirkətinin direktorlar şurasının sədri Rasim İbrahimov da eyni mövqedən çıxış edir. O hesab edir ki, satış kanallarının seçimi bazarın əldə olunmasında böyük rol oynayıb. Şirkətlər geniş diler şəbələrinə malik, böyük Azərbaycan distribütorlarına tərəf seçim ediblər.

Hər hansı texnikanın seçimində brend çox vacib rol oynayır. Texnika ilə az-çox tanış olan alıcılar daha az tanınan brendlərə şübhə ilə yanaşırlar ki, bu da müvafiq olaraq lokal və dünyaca məşhur brendlər arasında seçim edilərkən vacib amilə çevrilir.

Personal kompüter bazarı "mobillik" istiqamətində hərəkət edir. Azərbaycan bazarının iştirakçıları kompüter bazarında tələbatın üçqat azalmasını qeyd edirlər. Bir çox şirkətlər təklif olunan məhsulun səmərəli realizəsi üçün marketinq addımlarını fəallaşdıraraq müxtəlif növ "promotion" aksiyaları keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti